SİMA

SİMA

4.3
Application Description

SİMA, bulud və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil rəqəmsal imzadır. SİMA mobil tətbiqi sizə heç yerə getmədən, sənədlər toplamadan, növbədə gözləmədən və cəmi bir neçə dəqiqə ərzində yeni nəsil rəqəmsal imza əldə etməyə imkan verir. Ən əsası isə vətəndaşdan heç bir ödəniş tələb olunmur.

SİMA artıq müxtəlif maliyyə, sığorta və dövlət elektron xidmətləri təqdim edən sistemlərə inteqrasiya olunub. Eyni zamanda, SİMA İmza “Digital Login” sistemi ilə də inteqrasiya edilərək müxtəlif dövlət və özəl qurumların xidmət portallarına giriş imkanı verir.

SİMA İmza ilə aşağıdakı xidmətlərdən istifadə edə bilərsiniz:

  • Maliyyə xidmətləri – BOKT xidmətləri, bank xidmətləri; kredit sifarişi, kart sifarişi, hesab açma, hesabdan çıxarış almaq, pul köçürmə, şəxsi kabinetə giriş.
  • Sığorta xidmətləri – KASKO sığorta məhsulları, həyatın yaşam sığortası, sığorta müqavilələrinin imzalanması, sığorta müraciət anketinin imzalanması.
  • Dövlət elektron xidmətləri – Güzəştli mənzil sistemi, Elektron məhkəmə sistemi, E-Polis, Elm və Təhsil Nazirliyi və Dövlət vergi Xidmətində əməliyyatların həyata keçirilməsi.
  • Digital login ilə daxil ola biləcəyiniz bütün portallara giriş və e-xidmətlərdən istifadə.

SİMA rəqəmsal imza vasitəsilə artıq "PAŞA Bank"dan əməkhaqqı kartı olanlar bankın mobil tətbiqi vasitəsilə nağd kredit üçün müraciət edə, "Turan Bank"da əmanət yerləşdirə, “Yelo Bank”ın Yelo mobil tətbiqində sürətli qeydiyyat üçün yararlana və "Digital Login" sisteminə daxil olaraq 80 portal və xidmətə giriş edə bilərsiniz.

Hazırda bir çox özəl və dövlət qurumlarına inteqrasiya davam edir.

SİMA İmza-nın üstünlükləri:

  • Rahatlıq və təhlükəsizlik – SİMA İmza sizə rahat və təhlükəsiz şəkildə rəqəmsal imza əldə etməyə imkan verir.
  • Tamamilə ödənişsiz əldə edilməsi – SİMA İmza tamamilə pulsuzdur.
  • Mobil tətbiqdə sürətli qeydiyyat – Mobil tətbiq vasitəsilə sürətli və asan qeydiyyat imkanı.
  • Elektron sənədlərin dərhal imzalanması – Sənədlərinizi dərhal imzalayın.
  • Rəqəmsal imzanız hər yerdə, hər zaman sizinlədir – SİMA İmza sizə hər yerdə və hər vaxt rəqəmsal imza imkanı verir.

SİMA İmza mobil tətbiqini yükləyib, şəxsiyyət vəsiqənizi oxudub və üztanıma əsasında kimliyinizi təsdiqlədib yeni nəsil rəqəmsal imza əldə edin.

Reviews Post Comments
Latest Articles
  • Sakuna Mobile Game Hinuka Junreitan Unveiled

    ​The latest installment in the Sakuna universe, Hinuka Junreitan, will launch as a free-to-play title for Android, iOS, and Steam. Developer trio TOHO Games, Edelweiss, and G2 Studios announced this mobile-optimized spinoff today.New Chapter Expands B

    by Isabella Sep 17,2025

  • Com2uS to Release Gods & Demons in 2025

    ​Com2uS Announces Blockbuster Mobile RPG Gods & Demons for 2025 LaunchMark your calendars - January 15th, 2025 brings Com2uS's highly anticipated RPG Gods & Demons to iOS and Android platforms. The game is now available for pre-registration, giving pl

    by Lucas Sep 16,2025

Latest Apps